19
Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin mikroavtobusunun çaya düşməsi nəticəsində azı 11 nəfər həlak olub, iki nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti polisə istinadən məlumat yayıb.
Məlumata görə, sürücü körpünün yaxınlığında yolun çətin hissəsində nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə mikroavtobus çaya düşüb.
Yaralılar yerli xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
