30
Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Taliban hökumətinin nümayəndəsi Zəbihullah Mücahid “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Pakistan hərbçiləri Əfqanıstanın Kunar və Hilmənd vilayətlərini bombalayıb. Zərbələr nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar olub.
Mücahid bildirib ki, hücumlar nəticəsində üç bina da dağılıb.
