39
Oktyabrın 20-də dünya bazarında neftin qiymətində artım qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 109,78 dollara yüksəlib. Bu, əvvəlki göstərici ilə müqayisədə 0,21% artım deməkdir.
ABŞ-ın “WTI” markalı neftinin noyabr fyuçersləri isə 103,82 dollar/barel səviyyəsində olub və 0,15% bahalaşıb.
