31
Fransada oktyabrın 17-dən bəri davam edən etiraz aksiyaları ilə əlaqədar 4 914 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen BFMTV telekanalının efirində məlumat verib.
Nazir saxlanılanların 70 faizinin yetkinlik yaşına çatmış şəxslər olduğunu bildirib.
Onun sözlərinə görə, saxlanılanlardan 329-u həbs cəzasına məhkum edilib.
Darmanen bunu cinayət-hüquq sisteminin son dərəcə sərt reaksiyası kimi qiymətləndirib. Nazir qeyd edib ki, bu rəqəmlər etirazların artıq yalnız məktəblilərin aksiyası olmadığını göstərir.
