40
Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.
DİN-in qeyd edilən əməliyyatla bağlı yaxın saatlarda geniş məlumat yayacağı gözlənilir.
