38
Səbinə Əliyeva növbəti 7 il müddətinə yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçib.
Ucnoqta.az xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb.
Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
S. Əliyeva vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə dair and içmək üçün parlamentin kürsüsünə qalxıb.
