44
İspaniya klubunun futbolçusu oyun zamanı aldığı zərbədən sonra öldü
Ucnoqta.az xəbər verir ki, hadisə “Andorra” ilə qarşılaşma zamanı baş verib. İspaniyanın “Tenerife” klubunun 30 yaşlı futbolçusu Xesus de Miqel matç zamanı rəqib qapıçı ilə toqquşduqdan bir gün sonra vəfat edib.
Belə ki, rəqib komandanın qapıçısı Xesus Ovono futbolçu ilə toqquşub. Zərbə de Miqelin döş qəfəsinə dəyib. Nəticədə futbolçu huşunu itirib və ürəyi dayanıb.
O, təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər əvvəlcə onun vəziyyətini stabilləşdirə bilsələr də, bu gün futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
