40
ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzası nəticəsində İT milyoneri Adam Robinson, həyat yoldaşı və iki azyaşlı övladı həyatını itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində ailənin iki dostu, dayə və iki pilot da olub. Robinsonun qızları Emmanın 4, oğlu Çarlinin isə 2 yaşı var idi.
Adam Robinson Retention və RB2B İT şirkətlərinin təsisçisi və baş direktoru olub. Həyat yoldaşı Helen faciədən qısa müddət əvvəl ailənin Aspen şəhərinə köçməyi planlaşdırdığını bildirmişdi.
Qəzanın səbəbi hələlik məlum deyil. İlkin ehtimallara görə, təyyarə güclü turbulentliyə düşüb və buzlanmaya məruz qalıb.
