2026-cı ildə dünyanın ən bahalı 100 brendinin yer aldığı “Best Global Brands” reytinqinə 13 avtomobil markası daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Ukravtoprom” məlumat yayıb.
Reytinqdə avtomobil markaları arasında ilk yeri “Toyota” tutub. Yapon brendi ümumi siyahıda 9-cu sırada qərarlaşıb. Onun dəyəri 59,5 milyard dollar qiymətləndirilib. Bununla belə, ötən illə müqayisədə brendin dəyəri 20% azalıb.
Avtomobil markalarının reytinqdəki mövqeləri və dəyərləri:
“Toyota” – 59,5 milyard dollar (-20%)
“Mercedes-Benz” – 40,8 milyard dollar (-19%)
“BMW” – 38,4 milyard dollar (-18%)
“Hyundai” – 25 milyard dollar (+2%)
“Honda” – 19,4 milyard dollar (-22%)
“Tesla” – 18,3 milyard dollar (-38%)
“Ferrari” – 17,7 milyard dollar (+15%)
“Audi” – 12,4 milyard dollar (-19%)
“Porsche” – 12,4 milyard dollar (-17%)
“Volkswagen” – 11,6 milyard dollar (-23%)
“Kia” – 8,8 milyard dollar (+3%)
“BYD” – 8,5 milyard dollar (+5%)
“Nissan” – 7,2 milyard dollar (-23%)
Qeyd: Siyahıda ən böyük dəyər itkisi “Tesla”da qeydə alınıb. Şirkətin brend dəyəri bir il ərzində 38% azalıb. Ən yüksək artım isə 15%-lə “Ferrari”yə məxsusdur.
