29
Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Hadisə gecə saat 02:00 radələrində İsparta-Beyşehir avtomobil yolunda baş verib. Antalya-İğdır marşrutu üzrə hərəkət edən “Yeni Diyarbakır” şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq yol kənarındakı xəndəyə aşıb.
Qəza zamanı avtobusda olan 45 nəfər xəsarət alıb. İlkin məlumata görə, onlardan təxminən 40-nın xəsarətləri yüngül olub.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
