34
İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazında yerləşən Kişm adası üzərində ABŞ-yə məxsus ağır pilotsuz uçuş aparatını (PUA) vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, ABŞ silahlı qüvvələrinə məxsus kəşfiyyat-zərbə PUA-sı SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib.
