2-8 noyabr həftəsində bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, yeni tanışlıqlar və münasibətlərdə dönüş nöqtələri gözləyir. Kimlər üçün barışıq, kimlər üçün isə taleyüklü görüşlər mümkündür?
Ucnoqta.az bildirir ki, ulduzların bu həftə sevgi ilə bağlı proqnozları belədir.
Xərçəng
Xərçənglər hansı səbəbdənsə münasibətləri bitirmək qərarına gələn sevdikləri insanı yanlarında saxlamağa çalışmamalıdırlar. Münasibəti davam etdirmək üçün nə qədər çox israr etsələr, qarşı tərəf ayrılmaqda bir o qədər qətiyyətli olacaq.
Əksinə, həmin insana sərbəstlik versələr, o, təəccüblənərək qərarını dəyişə bilər. Buna görə də başqasına öz iradənizi qəbul etdirməyin nə dərəcədə doğru olduğunu yaxşı düşünün.
Oğlaq
Təbii inadkarlıqları səbəbindən sevdikləri insanla münasibətlərini ayrılıq həddinə çatdıran Oğlaqlar üçün hələ də gec deyil. Onlar vəziyyəti düzəldə və münasibətlərini əvvəlki vəziyyətinə qaytara bilərlər.
Bunun üçün, nə qədər çətin olsa da, qarşı tərəfin də öz fikrini bildirmək hüququna malik olduğunu qəbul etməlidirlər. Hətta həmin fikir onların hansısa vəziyyətdə necə davranmaq lazım olduğuna dair düşüncələri ilə üst-üstə düşməsə belə. Bu halda münasibətlərdəki problemlər həllini tapa bilər.
Dolça
Həyatlarını kökündən və müsbət istiqamətdə dəyişə biləcək mühüm görüşü çoxdan gözləyən Dolçalar bilməlidirlər ki, həmin vaxt gəlib çatıb. Bu görüşün məhz qarşıdakı günlərdə baş verməsi ehtimalı var. Buna görə də mənəvi cəhətdən hazır olmaq tövsiyə olunur.
Eyni zamanda, həmin insanla münasibətlərin xəyallarınızda canlandırdığınız kimi inkişaf etməyə biləcəyini də nəzərə alın. Lakin bu, həyatınızda yaranacaq yeni mənzərənin əvvəlkindən pis olacağı demək deyil. Sadəcə, hər şey fərqli olacaq.
