Noyabr ayı bəzi tarixlərdə doğulanlar üçün maliyyə baxımından uğurlu keçə bilər.
Astroloqların proqnozuna görə, bu ay həmin şəxslərin qarşısına yeni qazanc imkanları, sərfəli təkliflər və gözlənilməz maliyyə fürsətləri çıxa bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ukraynalı astroloq Yelena Maksimova Gazeta.ua-ya danışıb.
Astroloqun sözlərinə görə, bəzi insanların maliyyə vəziyyətində yaxşılaşma gözlənilir. Kimlərəsə köhnə borc qaytarıla, kimlərəsə sərfəli iş təklifi gələ, digərləri isə öz istedadını gəlir mənbəyinə çevirməyin yolunu tapa bilər.
1, 8, 10, 19 və 28-də doğulanlar
Bu tarixlərdə doğulanlar üçün noyabr cəsarətli qərarlar ayı ola bilər. Yeni iş axtarmaq, maaş artımı ilə bağlı danışıqlar aparmaq və ya şəxsi biznesə başlamaq üçün əlverişli imkanlar yarana bilər. Gözlənilməz bir təklif maliyyə vəziyyətində müsbət dəyişikliklərə səbəb ola bilər.
2, 5, 11, 20 və 29-da doğulanlar
Bu şəxslərin qazancı yeni tanışlıqlar və əməkdaşlıqlar sayəsində arta bilər. Köhnə dostdan iş təklifi, keçmiş həmkardan faydalı məlumat və ya təsadüfi söhbət yeni gəlir mənbəyinin yaranmasına səbəb ola bilər.
3, 12, 16, 21 və 30-da doğulanlar
Bu tarixlərdə doğulanlar üçün noyabr bacarıq və istedadlarını gəlirə çevirmək baxımından uğurlu ola bilər. Onlar yeni müştərilər tapa, xidmətlərinin qiymətini artıra və daha sərfəli sifarişlər əldə edə bilərlər.
Astroloq hesab edir ki, bu ay maliyyə uğuru gözləməklə deyil, fürsətləri vaxtında dəyərləndirmək və düzgün qərarlar verməklə mümkündür.
