Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib.
Ucnoqta.az xəbər verir ki, Karlson bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, mümkün zərbənin hədəfi İranın uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi iddia edilən Pikeaks dağı ola bilər. Jurnalist iddia edib ki, obyektin təxminən 100 metr dərinlikdə yerləşən müdafiə sistemini heç bir adi silahla yarmaq mümkün deyil və bu səbəbdən yeganə variant nüvə zərbəsidir.
Karlsonun iddiasına görə, Netanyahu İsraildə keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi qeyri-sabitlik fonunda Vaşinqtondan belə bir addım atmağı israrla tələb edir.
Jurnalist bildirib ki, Tramp hələlik mümkün zərbə ilə bağlı yekun qərar verməyib və vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçisi Stiv Uitkoff da daxil olmaqla müşavirləri ilə məsləhətləşmələr aparır. Onun sözlərinə görə, həmin şəxslər İranla razılaşmanın əldə olunmasını dəstəkləyirlər.
