29
Belçikanın Baş naziri Bart De Wever noyabrın 2-də Kral Filip ilə görüşü zamanı istefa verə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “De Standaard” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, ölkənin federal hökuməti ciddi böhranla üzləşib. Belə ki, bazar günündən bazar ertəsinə keçən gecə Nazirlər Şurasının məhdud tərkibdə keçirilən iclası 2029-cu ilədək 10 milyard avro vəsaitin ayrılması ilə bağlı razılaşma əldə olunmadan başa çatıb.
Qəzetin məlumatına görə, Baş nazir bazar ertəsi kral sarayına gedəcək. Lakin De Weverin görüş zamanı istefa vermək niyyətində olduğu, yoxsa hökumətin böhran vəziyyətində olduğunu krala bildirməklə kifayətlənəcəyi hələlik məlum deyil.
