Ukrayna ordusu son sutka ərzində Rusiya qüvvələrinin 2 380 hərbçisini, 23 artilleriya sistemini, 1 163 operativ-taktiki pilotsuz uçuş aparatını və 375 avtomobil texnikası və yanacaqdaşıyan maşınını məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, 5 noyabr 2026-cı il tarixinə olan məlumata görə, Rusiyanın genişmiqyaslı hücuma başladığı vaxtdan bəri ümumi canlı qüvvə itkisi təxminən 1 599 390 nəfərə çatıb.
Rusiya ordusunun digər itkiləri belədir:
Tanklar – 12 454 (+1);
Zirehli döyüş maşınları – 25 643 (+3);
Artilleriya sistemləri – 51 902 (+23);
Reaktiv yaylım atəşi sistemləri – 2 254 (+2);
Hava hücumundan müdafiə sistemləri – 1 738 (+5);
Təyyarələr – 452;
Helikopterlər – 356;
Yerüstü robot kompleksləri – 3 077 (+5);
Operativ-taktiki PUA-lar – 596 221 (+1 163);
Qanadlı raketlər – 5 192;
Gəmilər və katerlər – 35;
Sualtı qayıqlar – 2;
Avtomobil texnikası və yanacaqdaşıyan maşınlar – 170 256 (+375);
Xüsusi texnika – 4 873 (+2).
