31
Almaniyanın paytaxtındakı beynəlxalq hava limanının fəaliyyəti naməlum pilotsuz uçuş aparatının aşkarlanması səbəbindən təxminən 45 dəqiqəlik dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, dron saat 20:00-da hava limanının şimal uçuş-enmə zolağında müşahidə edilib. Saat 20:20-də hava limanı üzərində hava məkanı bağlanıb.
Bir neçə reys Drezden hava limanına yönləndirilib. Saat 21:05-də hava məkanı yenidən açılıb, lakin uçuşların gəliş və gedişində gecikmələr yaranıb.
“Bild”in yazdığına görə, bəzi şahidlər azı üç pilotsuz uçuş aparatı gördüklərini bildiriblər.
