67
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının xüsusi təyinatlı “Nuxba” bölməsinin iki silahlısını zərərsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilən şəxslərdən biri 2023-cü il oktyabrın 7-də İsrailin Nir-Oz yaşayış məntəqəsinə hücumda iştirak edib.
Məlumata görə, hər iki şəxs İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumlar hazırlayıb, həmçinin HƏMAS-ın döyüş potensialını bərpa etmək üzərində çalışıb və atəşkəs rejimini dəfələrlə pozub.
İsrail ordusu aviazərbələrdən əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirib.
