Çin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı İran və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.
Onun sözlərinə görə, Pekin Yaxın Şərqdə gərginliyin artması fonunda Səudiyyə Ərəbistanı, İran və regionun digər ölkələri ilə dialoqu gücləndirməyə hazırdır.
Mao Nin bildirib ki, Çinin xarici işlər naziri Van İ regiondan Pekinə səfər edən rəsmi şəxslərlə görüşlərində Fars körfəzi və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Tərəflər regionda sabitliyin təmin edilməsinin həm yerli əhalinin rifahı, həm də beynəlxalq enerji təchizatı və qlobal təhlükəsizlik baxımından əhəmiyyətini vurğulayıblar.
Çin rəsmisi qeyd edib ki, Pekin İran və ABŞ arasında fikir ayrılıqlarının danışıqlar yolu ilə həllini dəstəkləyir və Hörmüz boğazında gəmiçiliyin bərpası üçün etibarlı, hərtərəfli həll yolunun tapılmasına töhfə verməyə çalışacaq.
