25
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares italiyalı həmkarı Antonio Tayaninin Şengen sazişinin Madridlə bağlı fəaliyyətinin dayandırılması ilə bağlı açıqlamalarından sonra İtaliyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Albares “X” sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, Tayaninin İspaniyanın Seuta muxtar şəhərinə miqrant axını səbəbindən Şengen sazişinin Madridə münasibətdə dayandırılması barədə bəyanatı qəbuledilməzdir.
“Bu açıqlama tərəfdaş və dost ölkənin xarici işlər nazirinə yaraşmır. Biz onlardan Avropa həmrəyliyi gözləyirik. Buna görə də İtaliyanın səfirini nazirliyə çağırmışam”, – deyə Albares bildirib.
