Ailədə münasibətləri hər zaman açıq münaqişələr və ağır sözlər pozmur. Bəzən təkrar-təkrar səsləndirilən adi ifadələr həyat yoldaşları arasında zamanla gərginlik yarada bilər.
Ucnoqta.az xəbər verir ki, psixoloq Oksana Qolimbievskayanın fikrincə, qayınanaların işlətdiyi və gəlinlə oğul arasındakı münasibətlərə mənfi təsir göstərə bilən 5 ifadəni açıqlayıb:
“Kişinin bir anası var, amma arvadı çox ola bilər” – Bu ifadə zarafat kimi səslənsə də, gəlinə ailədə müvəqqəti olduğunu hiss etdirə bilər.
“Sən mənim oğlumu mənim qədər tanımırsan” – Bu sözlər ananın oğluna yaxınlığını gəlinin münasibəti ilə müqayisə etməsi kimi qəbul edilə bilər.
“Mən ona həyatımı vermişəm” – Bu ifadə oğul qarşısında fədakarlığın xatırladılması və gəlinin özünü günahkar hiss etməsinə səbəb ola bilər.
“Müdaxilə etmə, bu, mənim onunla aramızdakı məsələdir” – Pul, sağlamlıq və ailə qərarları kimi məsələlərdə gəlinin kənarda saxlanılması münasibətlərdə gərginlik yarada bilər.
“Sənin yanında dəyişib. Əvvəllər belə deyildi” – Bu sözlər gəlinin həyat yoldaşına mənfi təsir göstərdiyi barədə ittiham kimi səslənə bilər.
Psixoloq hesab edir ki, burada əsas məsələ yalnız qayınananın dedikləri deyil, kişinin bu sözlərə münasibətidir. Onun fikrincə, həyat yoldaşını müdafiə edən və ailəsində sərhədləri müəyyənləşdirən kişinin mövqeyi münasibətlərdə yaranan gərginliyin qarşısını almağa kömək edə bilər.
