28
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda çempionat səviyyəli qolf meydançasının yenidən qurulması ilə bağlı təklif etdiyi layihənin dəyəri 49 milyon dollara çata bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN müvafiq sənədə istinadən məlumat yayıb.
ABŞ Milli Parklar Xidmətinin planına əsasən, Şərqi Potomak parkında yerləşən ictimai qolf kompleksinin genişmiqyaslı yenidən qurulması üçün tender müraciətlərinin 2027-ci ilin yanvarında qəbuluna başlanması nəzərdə tutulur.
Sənədə görə, layihənin ilkin dəyərinin 20-49 milyon dollar arasında olacağı təxmin edilir.
