33
Yaponiyanın Baş naziri Sanae Takaiçi Nazirlər Kabinetində kiçikmiqyaslı dəyişikliklər həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, yeni hökumətin tərkibini Baş Kabinet katibi Minoru Kihara açıqlayıb. Dəyişikliklərə baxmayaraq, əsas nazirlər vəzifələrində qalıblar.
Xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinjiro Koizumi və maliyyə naziri Satsuki Katayama postlarını qoruyublar.
Yaponiyanın yeni təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri isə Yoşihiro Seki təyin olunub.
