28
İsrailin Baş naziri Benyamin Netanyahu ordunun əsgərlərinə qarşı “böhtan xarakterli” ifadələr işlədən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, həmçinin böhtana görə tələb edilə biləcək kompensasiyaların məbləğinin 20 dəfə artırılmasını təklif edib.
Netanyahu bu açıqlamanı Qəzzadakı İsrail hərbçilərinin fəaliyyətindən bəhs edən “NAZA” sənədli filmi ətrafında yaranan mübahisədən sonra verib. Film Venesiya Film Festivalında xüsusi münsiflər mükafatına layiq görülüb.
İsrail Müdafiə Ordusu isə filmdəki iddiaları rədd edib və ekran əsərinin anonim mənbələrə əsaslandığını bildirib.
