29
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Havkins bildirib ki, may ayının əvvəlindən etibarən ABŞ ordusu Hörmüz boğazından 900 milyon bareldən çox xam neft daşıyan kommersiya gəmilərinin keçidinə yardım edib.
Ucnoqta.az xəbər verir ki, Havkins Əl-Cəzirəyə açıqlamasında Hürmüz boğazında gəmiçilik fəaliyyətinin davam etdiyini bildirib. O, ABŞ ordusunun aylardır yük və xam neft daşıyan kommersiya gəmilərinin boğazdan keçidini asanlaşdırdığını deyib.
CENTCOM sözçüsü ABŞ-ın İran ərazisinə zərbələri zamanı yalnız hərbi hədəflərin vurulduğunu iddia edib və mülki şəxslərin hədəfə alınmadığını bildirib.
