Kanadanın Baş naziri Mark Karni Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə müdafiə, enerji və faydalı qazıntılar sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu, Karninin veb saytında dərc olunmuş görüşdən sonra verilən açıqlamada bildirilib. Görüş Strasburqda baş tutub. Tərəflər kritik faydalı qazıntılar, enerji, müdafiə, elmi tədqiqatlar, innovasiyalar və qabaqcıl texnologiyalar daxil olmaqla bir sıra istiqamətlərdə Kanada-Aİ tərəfdaşlığının dərinləşdirilməsini müzakirə ediblər.
Görüşün yekunlarına dair bəyanatda Kanadanın strateji muxtariyyətini, dayanıqlılığını və suverenliyini gücləndirmək üçün etibarlı tərəfdaşlarla münasibətləri möhkəmləndirməyə çalışdığı bildirilib.
