Yaponiya müdafiə potensialını artırmaq çərçivəsində 2027–2031-ci illər ərzində müxtəlif təyinatlı təxminən 52 min pilotsuz uçuş aparatı (PUA) almağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinə görə, alınacaq PUA-ların təxminən 10 mini uzaqmənzilli zərbə dronları, 7,5 mini isə kəşfiyyat dronları olacaq.
Bundan əlavə, pilotsuz sistemlərin və süni intellekt texnologiyalarının inkişafına təxminən 7 trilyon yen (hazırkı məzənnə ilə 45 milyard dollar) vəsait ayrılması planlaşdırılır.
Potensial rəqibin ərazisindəki hədəflərə, o cümlədən uzaqmənzilli raketlərlə əks-zərbələr endirmək imkanlarının yaradılmasına isə 9 trilyon yendən (58 milyard dollar) çox vəsait yönəldilməsi nəzərdə tutulur. Bu, Yaponiyanın hazırkı milli təhlükəsizlik strategiyasında nəzərdə tutulan məbləğdən 6 dəfə çoxdur.
