65
İngiltərənin Oksfordşir qraflığındakı Piddinqton kəndinin sakinləri hökumətin yaşayış məntəqəsinin yaxınlığında qanunsuz miqrantların saxlanılması mərkəzi yaratmaq planlarına etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmağa səs veriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.
Sentyabrın 15-də keçirilən simvolik referendumda 285 nəfər ölkədən ayrılmağın lehinə, 26 nəfər isə əleyhinə səs verib. Səsvermədə iştirak 92 faiz təşkil edib.
Referendumun nəticələri çərşənbə günü səhər açıqlanıb.
Qeyd olunur ki, səsvermə hüquqi qüvvəyə malik deyil və yalnız etiraz xarakteri daşıyır.
