Qəzza şəhərinin cənub-qərbində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Onlardan 5-i uşaqdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 20-dən çox insan yaralanıb.
Məlumata əsasən, İsrailin Qəzza zolağındakı münaqişə zamanı zərər görmüş altı mərtəbəli bina sakinlərin və binanın yaxınlığında məskunlaşan məcburi köçkünlərin üzərinə çöküb.
Xilasedicilər çərşənbə səhərindən dağıntılar altında qalan insanlara çatmağa çalışırlar. Lakin texnika və ağır avadanlığın ciddi çatışmazlığı xilasetmə işlərini çətinləşdirir.
Yerli sakinlərin sözlərinə görə, binada 60-dan çox insan yaşayırdı və onların əksəriyyəti məcburi köçkünlər olub.
