34
ABŞ-ın Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, hadisə barədə CBS News məlumat yayıb.
Məlumata görə, helikopter yerli media qurumlarından birinə məxsus ola bilər. Qəzanın səbəbləri hələlik məlum deyil.
Bildirilir ki, helikopter sentyabrın 15-də Los-Ancelesin şəhərətrafı ərazisində baş vermiş böyük yol qəzasının yaxınlığında yerə düşüb.
