34
Avstraliyanın şimalındakı Ueydey şəhərində təxminən 100 nəfərin iştirakı ilə kütləvi dava baş verib.
Ucnoqta.az xəbər verir ki, ABC-nin məlumatına görə, dava zamanı 22 yaşlı kişi kürəyindən üçdişli nizəyə bənzər silahla vurularaq ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Polis hadisənin iki ailə arasında yaranan mübahisə səbəbindən baş verdiyini bildirib. Davada bəzi şəxslərin yay, nizə və metal əşyalardan istifadə etdiyi qeyd olunub.
