32
Somalili quldurlar Yəmən sahillərində Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Glamour” adlı ticarət gəmisini ələ keçirməyə cəhd göstəriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Garowe” portalı təhlükəsizlik sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Hadisə Yəmən sahilindən təxminən 70 kilometr məsafədə, Ədən körfəzində baş verib.
Məlumata görə, quldurların gəmiyə hücumu zamanı əraziyə Yaponiyaya məxsus hərbi gəmi yaxınlaşıb. Hərbi gəmidən havaya qaldırılan helikopter quldurların üzərində dövrə vurmağa başlayıb.
Bundan sonra quldurlar gəmini ələ keçirmək cəhdindən əl çəkərək hadisə yerindən uzaqlaşıblar.
Nəticədə ticarət gəmisinin quldurlar tərəfindən ələ keçirilməsinin qarşısı alınıb.
