176
Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 12-də BRİKS-ə üzv dövlətlərin liderlərinin 18-ci görüşündə iştirak etmək üçün Hindistana səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Si Cinpini səfər zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Say Tsi və Çinin xarici işlər naziri Van İ müşayiət edir.
BRİKS sammitində üzv ölkələrin liderlərinin qlobal və regional məsələlər, iqtisadi əməkdaşlıq və təşkilat çərçivəsində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
