Livan Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkənin cənubunda fəaliyyət göstərən müvəqqəti sülhməramlı qüvvələrinin (UNIFIL) mandatının uzadılmasını istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Livan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda UNIFIL missiyasının 2026-cı il dekabrın 31-də başa çatdırılmasının vaxtından əvvəl olduğunu bildirib. Beyrut missiyanın fəaliyyətinin “məhdud müddətə” uzadılmasını xahiş edib.
Mənbələrin məlumatına görə, Fransa və Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti Livanın müraciətini dəstəkləyib.
Hazırda UNIFIL çərçivəsində 7 mindən çox hərbçi xidmət edir. Missiya 1978-ci ildə yaradılıb. Qüvvələrin hazırkı fəaliyyət müddəti BMT Təhlükəsizlik Şurasının 2025-ci ildə qəbul etdiyi qətnamə ilə müəyyənləşdirilib.
