24
Rusiyanın Novosibirsk şəhərində yerləşən İnskaya dəmir yolu stansiyasında qazla yüklənmiş üç çən vaqon relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Qərbi Sibir Dəmir Yolunun İnskaya stansiyasında baş verib. Rusiya İstintaq Komitəsinin Şərqi Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanılıb.
Operativ xidmətlərdən verilən məlumata əsasən, relsdən çıxan çənlərdə mayeləşdirilmiş qaz olub. Çənlərdə hermetikliyin pozulması qeydə alınmayıb və ətraf mühit üçün təhlükə yaranmayıb.
Hadisənin səbəbləri və şəraiti araşdırılır. ///tass
