26
Sentyabrın 10-da Hörmüz boğazından keçən gəmilərin sayı əvvəlki günlə müqayisədə 11-dən 7-yə düşüb.
Ucnoqta.az xəbər verir ki, “Reuters”in Kpler analitik şirkətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, bu göstərici son 10 gün üzrə orta göstəricidən (15 gəmi) xeyli aşağıdır.
Məlumata əsasən, boğazdan iki Panamax tipli gəmi çıxıb. Onlardan biri gübrə, digəri isə boş vəziyyətdə hərəkət edib. Boğaza isə beş gəmi daxil olub. Onların arasında quru yük daşıyan Panamax, polad yüklü Handysize və taxıl daşıyan digər quru yük gəmisi, neft məhsulları daşıyan orta ölçülü tanker və Supramax tipli yük gəmisi olub.
