30
Süni intellektin insanlığın mövcudluğuna təhlükə yaratacağından narahat deyiləm
Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu açıqlamaları Dallasdan uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib. O, süni intellektin (AI) inkişafının insanlığın məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlığının olmadığını bildirib.
ABŞ lideri eyni zamanda süni intellekt sahəsində rəqabətin vacibliyini vurğulayıb:
“Narahat olduğum məsələ odur ki, əgər süni intellekt sahəsində qalib gəlməsək, çox pis vəziyyətdə qala bilərik”.
Tramp ABŞ-ın hazırda bu sahədə digər ölkələri qabaqladığına əmin olduğunu bildirib.
