31
Filippin sahillərində MV June Aster sərnişin bərəsində baş verən yanğın nəticəsində 84 nəfər itkin düşmüş hesab olunur.
Ucnoqta.az xəbər verir ki, Filippin Sahil Mühafizəsinin (PCG) rəsmi nümayəndəsi Noemi Kayabyabın sözlərinə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 43 sərnişin xilas edilib, 84 nəfərin isə taleyi məlum deyil.
Onun bildirdiyinə görə, güclü tüstülənmə davam etdiyi üçün xilasedicilər hələlik bərənin içərisinə daxil ola bilmirlər. Bununla yanaşı, itkin düşənlərin axtarış zonasının genişləndirildiyi açıqlanıb.
Hadisə 9 sentyabrda Filippinin Palavan əyaləti sahillərində baş verib. Filippin Sahil Mühafizəsi sərnişin bərəsində yanğınla bağlı məlumat yayıb.
