Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri ordusunun itkiləri 1,5 milyon nəfəri ötüb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sentyabrın 11-də yaydığı məlumata görə, son sutka ərzində daha 1 490 rusiyalı hərbçi zərərsizləşdirilib.
Son 24 saat ərzində Rusiya ordusunun itkiləri arasında 2 tank, 7 zirehli döyüş maşını, 64 artilleriya sistemi, 2 reaktiv yaylım atəş sistemi və 4 hava hücumundan müdafiə vasitəsi də var.
Sutka ərzində 1 925 operativ-taktiki PUA və 590 avtomobil və yanacaq çəni məhv edilib.
Baş Qərargahın məlumatına əsasən, 24 fevral 2022-ci ildən 11 sentyabr 2026-cı ilədək Rusiyanın ümumi döyüş itkiləri belədir:
Canlı qüvvə: təxminən 1 503 880 (+1 490)
Tanklar: 12 341 (+2)
Zirehli döyüş maşınları: 25 312 (+7)
Artilleriya sistemləri: 49 516 (+64)
RZSO: 2 109 (+2)
Hava hücumundan müdafiə vasitələri: 1 622 (+4)
Təyyarələr: 441
Helikopterlər: 356
Yerüstü robot kompleksləri: 2 573 (+23)
Operativ-taktiki PUA-lar: 510 130 (+1 925)
Qanadlı raketlər: 5 103
Gəmilər/qayıqlar: 35
Sualtı qayıqlar: 2
Avtomobil texnikası və yanacaq çənləri: 147 211 (+590)
Xüsusi texnika: 4 666 (+16)
