33
Qızılın fyuçers qiyməti 2 sentyabrdan bəri ilk dəfə 4 350 dollardan aşağı düşüb
Ucnoqta.az xəbər verir ki, dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti Nyu-Yorkun COMEX birjasında kəskin ucuzlaşıb.
Ticarət məlumatlarına görə, qızılın bir troya unsiyası üzrə qiyməti 2,65% azalaraq 4 342,5 dollara düşüb. Bu, sentyabrın 2-dən bəri ilk dəfə qiymətin 4 350 dollardan aşağı enməsi deməkdir.
