27
Rusiya ərazisinin müxtəlif regionları üzərində gecə saatlarında 230 Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 11-i saat 20:00-dan sentyabrın 12-si saat 08:00-dək Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus 230 təyyarə tipli pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib.
PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Oryol, Penza, Rostov, Samara və Saratov vilayətləri, həmçinin Krım ərazisi üzərində vurulub.
Bundan başqa, pilotsuz uçuş aparatlarının Azov və Qara dənizlərinin akvatoriyaları üzərində də məhv edildiyi bildirilib.
