Rusiya ordusu ötən sutka ərzində 1 500 hərbçisini itirib. Həmçinin bir tank, 85 artilleriya sistemi və digər hərbi texnika məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 12-də məlumat yayıb.
Bildirilib ki, 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 12-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 1 milyon 505 min 380 hərbçi təşkil edib.
Son sutkada Rusiyanın itkiləri arasında 10 zirehli döyüş maşını, 6 reaktiv yaylım atəşi sistemi, 11 hava hücumundan müdafiə vasitəsi və 13 yerüstü robototexniki kompleks də var.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiyanın ümumi itkiləri belədir:
canlı qüvvə – 1 505 380 (+1 500) nəfər;
tanklar – 12 342 (+1);
zirehli döyüş maşınları – 25 322 (+10);
artilleriya sistemləri – 49 601 (+85);
reaktiv yaylım atəşi sistemləri – 2 115 (+6);
hava hücumundan müdafiə vasitələri – 1 633 (+11);
təyyarələr – 442 (+1);
helikopterlər – 356;
yerüstü robototexniki komplekslər – 2 586 (+13);
operativ-taktiki PUA-lar – 512 175 (+2 045);
qanadlı raketlər – 5 103;
hərbi gəmilər və katerlər – 35;
sualtı qayıqlar – 2;
avtomobil texnikası və yanacaq çənləri – 147 849 (+638);
xüsusi texnika – 4 676 (+10).
