37
Vega-C daşıyıcı raketi Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulan FLEX və Sentinel-3C peyklərini orbitə çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb. Buraxılış sentyabrın 14-də Fransız Qvianasında yerləşən Kuru kosmodromundan həyata keçirilib. Hər iki peykdən siqnal alındığı və onların işçi orbitlərinə çıxarılmasının izlənildiyi bildirilib.
FLEX peyki bitkilərin fotosintez zamanı yaydığı görünməyən flüoresan şüalanmanı müşahidə edəcək. Bu məlumatlar ekosistemlərin vəziyyəti, bitkilərin məhsuldarlığı və iqlim dəyişikliklərinin təsirinin öyrənilməsinə kömək edəcək.
