Şimali İrlandiya, Uels və Şotlandiyanın hökumət rəhbərləri Mişel O’Nil, Run ap İorvert və Con Suinni Birləşmiş Krallıqdan öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyən qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, sənəd Kardiff şəhərində keçirilən görüş zamanı imzalanıb.
“Sky News”un məlumatına görə, memorandumda Britaniya hökumətinə hər bir regionda konstitusiya dəyişikliklərinə hazırlaşmaq və onların həyata keçirilməsini təmin etmək çağırışı yer alıb. Məqsəd Uels, Şotlandiya və Şimali İrlandiyanın Birləşmiş Krallıqdan ayrılmaqla bağlı referendum keçirməsinə imkan yaradılmasıdır.
Sənəddə həmçinin üç regionun gələcəklərini Avropa İttifaqının tərkibində gördükləri qeyd olunur. Liderlər iqtisadi məsələlər üzrə əməkdaşlığı da gücləndirmək niyyətində olduqlarını bildiriblər.
