ABŞ-da dizel yanacağının orta qiyməti tarixi maksimuma yüksəlib.
Ucnoqta.az xəbər verir ki, Milli avtomobil assosiasiyasının məlumatlarına əsasən, dizelin bir qallonu hazırda orta hesabla 6,23 dollara satılır.
Ən yüksək qiymət Kaliforniyada qeydə alınıb – bir qallon dizel 8,15 dollar təşkil edir. Bu göstəriciyə görə Vaşinqton 7,22 dollarla, Havay isə 6,93 dollarla növbəti yerlərdə qərarlaşıb.
Ən ucuz dizel Vayominq və Texas ştatlarında satılır. Bu ştatların hər ikisində bir qallonun qiyməti 5,83 dollardır. Oklahomada isə qiymət 5,84 dollar təşkil edir.
Məlumata görə, ABŞ-da dizelin orta qiyməti ilin əvvəlindən bəri 68,3 faiz artıb.
Bundan əvvəl rekord göstərici sentyabrın 11-də qeydə alınmışdı. Həmin vaxt ölkə üzrə orta qiymət 6,05 dollar təşkil edirdi.///tass
