23
Avropa İttifaqının Ukraynaya hərbi məqsədlər üçün ayırdığı vəsaitdən növbəti tranşın 4,7 milyard avro təşkil edəcəyi gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bildirib.
Onun sözlərinə görə, tranşın yaxın həftələrdə köçürülməsi planlaşdırılır.
2026-cı il üçün Ukraynanın hərbi ehtiyaclarına 28,3 milyard avro ayrılması təsdiqlənib. İndiyədək bunun 8,4 milyard avrosu köçürülüb.
