28
Yəməndəki “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərində yerləşən Kral Xalid aviabazasına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə silsilə zərbələr endirdiyini iddia edib.
Ucnoqta.az xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Səriyə bildirib ki, əməliyyat aviabazadakı hərbi obyektlərə və infrastruktura qarşı həyata keçirilib.
Onun sözlərinə görə, zərbələrin hədəfində aviasiya anqarları, radar sistemləri, uçuş-enmə zolaqları, sursat anbarları və digər hərbi obyektlər olub.
Səriyə hücum zamanı “onlarla ballistik raket və PUA”dan istifadə edildiyini bildirib.
Husilərin açıqladığı məlumatla bağlı Səudiyyə Ərəbistanı tərəfindən hər hansı rəsmi təsdiq və ya təkzib barədə məlumat verilməyib.
