27
ABŞ-ın energetika naziri Kris Rayt İranla Hörmüz boğazından gəmiçiliklə bağlı məsələdə yaxın zamanda razılaşma əldə olunacağını gözləməməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bu gün İranla konsensus əsasında razılaşma əldə olunacağına ümid etmək qətiyyən yaxşı fikir deyil”, – deyə Rayt bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyətin tezliklə diplomatik razılaşma yolu ilə həll ediləcəyini gözləmək düzgün deyil.
