31
Belarusun müdafiə naziri Viktor Xrenin Prezident Aleksandr Lukaşenkoya ordunun və rabitə sistemlərinin mümkün hücumu dəf etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az bxəbər verir ki, Lukaşenko müharibə başlayacağı təqdirdə qoşunların mərkəzdən bölmələrə qədər etibarlı şəkildə idarə olunmasının mümkün olub-olmadığını soruşub. Xrenin rabitə sistemlərinin dayanıqlılığı, məxfiliyi və etibarlılığının təmin ediləcəyini deyib.
Nazirin sözlərinə görə, son illərdə Belarusda qoşunların idarəetmə sistemi tamamilə yenilənib.
