32
Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevə səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrinform məlumat yayıb.
Qeyd olunur ki, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə deyil. Zelenski hazırda Kanadada səfərdədir. O, Kanadada Baş nazir Mark Karni ilə görüşüb və Ukrayna üçün hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və enerji təhlükəsizliyi məsələlərini müzakirə edib.
